www.sinerjipro.net

SinerjiProWide
Reklam

b64d19d9-f235-4cfd-bf66-6134edb4fb51“Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün iftar süfrəsi verilib. Qonaqlar süfrə arxasında səmimi söhbət, o cümlədən diasporla bağlı fikir mübadiləsi ediblər. Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb dəvəti qəbul etdiklərinə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib: “Azərbaycan sizin öz eviniz, yurdunuzdur. Dünyanın harasında yaşamağınzdan asılı olmayaraq biz hamımız eyni millətin nümayəndələriyik. Sizlərin işi bilirik ki, çox çətindir. Xaricdə bizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə minnətdarlığımızı bildiririk. Çətin və məsuliyyətli işinizdə sizlərə uğurlar arzu edirik”. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Kikboksinq Federasiyasının Mətbuat katibi Elnur Eltürk çıxış edərək milli diaspordan böyük gözləntiləri olduqlarını deyiblər.

Gecənin fəxri qonağı olan Küveyt vətəndaşı, Vətənsevər Dostluq Cəmiyyətinin əməliyyat müşaviri Bədi Haşim Əli dəvətə görə “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb minnətdarlığını bildirib: “Sizin kimi insanlarla tanış olmağıma çox şad oldum. Azərbaycan və azərbaycanlılarla çox fəxr edirəm. Küveyt vətəndaşı olsam da Azərbaycanın xaricdə təbliği üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəm”.

Görüşdə iştirak edən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Nacıyeva, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova, Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla Kiani, Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, Hollandiya-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl, Azərbaycan – İndoneziya Dostluq Assosiasiyasının sədri Elmar İskəndərov və digərləri görüşün təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Qeyd ediblər ki, xaricdə onların gördüyü işlərə vətəndə qiymət verilirsə, bu, onların diaspor məsuliyyətini daha da artırır. Gecənin sonunda “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb tərəfindən diaspor nümayəndələrinə hədiyyələr təqdim olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 152
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."