Diaspor rəhbəri Lüksemburq Parlamentində görüş keçirib

Diaspor rəhbəri Lüksemburq Parlamentində görüş keçirib

Müəllif: Redaktor

Editor

unnamed (1)Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentində və Lüksemburqda fəaliyyət göstərən Avropa Xalq Sosialist Partiyasının ofisində görüşlər keçirib.

Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentinin iş qrafiki və strukturu ilə tanış olub, bu ölkədə yaşayıb fəaliyyət göstərən soydaşlarımızın vəziyyəti, Azərbaycan həqiqətləri barədə müzakirələr aparıb. Görüşdə, həmçinin, Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin bu ilin oktyabrında bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, millət vəkilləri Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir.

Görüşlərdə Sahil Qasımovu Lüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasinin nümayəndəsi Jacque Henckes, beynəlxalq siyasi ekspert Birgit Fuhrmann müşayiət edib.

Qeyd edək ki, mərkəzi qərargahı Brüsseldə yerləşən BAK öz sıralarında Belçika, Niderland və Lüksemburqda yaşayan soydaşlarımızı birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini Avropada yaymaq, yerli ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq və soydaşlarımızın yaşadıqları ölkələrdə inteqrasiyasına dəstək göstərməkdir.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti