!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspor rəhbəri Lüksemburq Parlamentinin vitse-prezidenti ilə görüşüb

!Reklam – Yazi

unnamedBenilüks Azərbaycanlılar Konqresinin (BAK) prezidenti Sahil Qasımov Lüksemburq Parlamentinin I vitse-prezidenti Laurent Mosar ilə görüşüb. BAK sədri Laurent Mosarla bu ölkədə yaşayan və işləyən soydaşlarımızın vəziyyəti, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda Azərbaycan haqqında müzakirələr aparıb.

Görüşdə, həmçinin Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin dekabr ayında bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, nümayəndə heyəti Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir.

Sahil Qasımovu görüşdə Lüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasının nümayəndəsi Jacque Henckes və BAK prezidentinin mətbuat üzrə məsləhətçisi Xatirə Abdullazadə müşayiət edib.

Qeyd edək ki, mərkəzi qərargahı Brüsseldə yerləşən BAK sıralarında Belçika, Niderland və Lüksemburqda yaşayan soydaşlarımızı birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini Avropada yaymaq, yerli ictimaiyyəti Dağlıq Qarabağ məsələsi barədə məlumatlandırmaq və soydaşlarımızın yaşadıqları ölkələrdə inteqrasiyasına dəstək göstərməkdir.

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv