!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspor rəhbəri və tanınmış idmançı haqqında kitab hazırlanıb

!Reklam – Yazi

unnamed (2)Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və dzü-do ustası Natiq Bağırov haqqında kitabın təqdimatı keçirilib. İradə Əliyevanın “Natiq Bağırov – idman onun həyatıdır” adlı miniatür kitab Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub.

Azərbaycanın əməkdar mədəniyyət xadimi, Miniatür kitab müzeyinin direktoru Zərifə Salahovanın aparıcılığı ilə keçən təqdimat mərasimində Belarus Respublikasının Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, Belarusun əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış edib. Çıxış edənlər sambo və dzü-do üzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, Belarusda idmanın inkişafına veridiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, Natiq Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, 30 ilə yaxındır Minskdə yaşayan soydaşımız həm bir idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda “Sarı gəlin” rəqs qrupu çıxış edib.

Qeyd edək ki, Bakıda dünyaya gələn 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvətilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliya və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun dzü-do üzrə milli komandasına rəhbərlik edir. Eyni zamanda diaspor sahəsində də fəaliyyət göstərən Natiq Bağırov 1997-ci ildə Minskdə “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilib, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, eyni zamanda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilib.

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv