Yazı İçi 468×60

ozbekisDünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə qarşı loyal münasibətlər sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Yəni dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da öz növbəsində, xarici siyasətdə öz köməyini göstərir. Buna görə də dövlətin özü də dünyada diasporunun güclənməsi üçün vacib işlər görməyə çalışır.

7News.az redaksiyası olaraq fəaliyyətə başladığımız andan etibarən DİASPOR rubrikasını təsis etdik. Məqsədimiz isə dünya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarına informasiya dəstəyi göstərməkdən və onların fəaliyyətini təbliğ etməkdən ibarət olub. Bu rubrika çərçivəsində mütəmadi olaraq xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları haqqında geniş məlumat veririk.

Rubrikamızın bu dəfəki qonağı Azərbaycanın Özbəkistandakı Diaspor təşkilatıdır. Özbəkistandakı Azərbaycan diaspor təşkilatı Mobil Məmmədovun rəhbərliyi ilə sistemli və məqsədli şəkildə fəaliyyət göstərərək ölkəmizi uğurla təmsil etməkdədir. Ümumiyyətlə, Azərbaycan-Özbəkistan əlaqələri tarixi köklərə bağlanır. Bu əlaqələr siyasi, iqtisadi və mədəni sahələri əhatə edərək daha geniş çoğrafiyaya yayılmaqdadır. Bu işdə diaspor təşkilatının rolu isə birmənalı şəkildə xüsusi olaraq qeyd olunmalıdır.

Siyasi sahədə diasporumuz olduqca aktivdirlər. Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-çi il tarixində açılıb. Bu, diasporamızın inkişafına böyük təkan olub. Ümummilli liderimizin yolunu Prezidentimiz İlham Əliyev xüsusi diqqətlə davam etdirir və axırıncı 5 il ərzində bu ölkədə iki dəfə rəsmi səfərdə olub. 2006-cı ildə ilk səfəri zamanı Prezident İlham Əliyev Daşkənd şəhərində Nizami adına Pedaqoji Universitetin qarşısında qoyulan Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etdi. 2010-cu ildə olan səfəri zamanı isə Prezident Azərbaycanın maliyyə dəstəyi ilə yeni təmir olunmuş Azərbaycan Mədəniyyət Mərkəzinin istifadəyə verilməsində iştirak etdi. Bir məqamı xüsusilə vurğulamalıyıq. Ulu Öndərin vaxtı ilə Özbəkistan dövləti ilə həyata keçirtdiyi xarici siyasətin nəticəsidir ki, dövlətlərarası olan münasibətlər hal-hazırda yüksələn xətt üzrə inkişaf etməkdə davam edir. Onuda qeyd edək ki, Özbəkistan və Azərbaycan türk dövlətləri sırasına daxil olduğu üçün beynəlxalq aləmdə gedən siyası danışıqlarda da bir-birinə arxalanırlar. Təcəvüzkar Ermənistanın paytaxt Daşkənddə səfirliyi yoxdur və hava sərhədləri bu dövlət üçün bağlıdır. Sözün hər mənasında Özbəkistan rəsmi şəkildə bütün qapılarını Ermənistanın üzünə bağlayıb. Bundan başqa Özbəkistan prezidenti İslam Kərimovun Cənab Prezident İlham Əliyevlə şəxsi münasibətləri burada yaşayan azərbaycanlıların da həyatına müsbət təsir etməkdədir. Hər kəs təsdiqləyər ki, məhz Prezident İslam Kərimovun diqqət və qayğısının nətcəsidir ki, bu ölkədə yaşayan azərbaycanlılar Özbəkistanın ictimai-siyasi həyatında kifayət qədər fəallıq nümayiş etdirirlər.

İqtisadi sahədə əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Özbəkistan diaspor təşkilatının apardığı uğurlu işlərin məntiqi nəticəsi olaraq burada azərbaycanlı iş adamları üçün olduqca münbit iş şəraiti yaradılmışdır. Diaspor təşkilatı iş adamlarına həm iqtisadi, həm də hüquqi yardım göstərərək onların inkişafını stimullaşdırmaqdadır. Özbəkistandakı Diaspor təşkilatının iş adamlarına göstərdiyini diqqət və qayğı isə sözün əsl mənasında burada yaşayan azərbaycanlıların sosial rifahının yüksəlməsinə xidmət edir. Ümumiyyətlə qeyd edək ki, Mobil Məmmədovu rəhbərliyi ilə fəaliyyət göstərən diaspor təşkilatı Diasporla İş Üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış şəkildə öz işini qurur. Komitəsi sədri Nazim İbrahomivun diqqət və qayğısı nəticəsində bütün mümkün problemlərin qarşısı vaxtında alınacaqdır.

Bundan başqa Diaspor təşkilatı mədəni sahədə də ciddi işlır aparmaqdadır. Azərbaycanın Özbəkistandandakı diaspor təşkilatının təşəbbüsü ilə əlamətdar mədəni günlərlə bağlı mütəmadi tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Eyni zamanda ölkəmizin mədəni irsinin təbliği təşkilatın qarşısında duran ən ümdə vəzifələrdəndir. Xüsusilə qeyd etmək lazımdır ki, Diaspor təşkilatı birmənalı şəkildə Prezident İlham Əliyevin siyasi kursuna müvafiq olaraq ölkəmizin maraqlarını uğurla müdafiə etməkdədir. Ulu Öndər Heydər Əliyevin doğum günü, Qurtuluş Günü, Müstəqillik Günü, Konstitusiya Günü, Bayraq Günü və bu kimi digər önəmli hadisələr hər il Özbəkistanda geniş şəkildə qeyd olunur. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyalı layihələrlə bağlı Özbəkistan ictimaiyyətinə mütəmadi məlumatlar verilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanın Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Özbəkistanda hər il müxtəlif səpkidə və formatda tədbirlər həyata keçirilir. Xüsusilə qeyd etməj lazımdır ki, Özbəkistandakı diaspor təşkilatının inkişafında Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi rolu vardır. Belə ki, Komitənin apardığı sistematik və proqramlaşdırılmış iş təcrübəsi sayənsində Özbəkistandakı diaspor təşkilatı kifayət qədər inkişaf edib və etməkdədir. Bundan başqa Komitə mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində bütün mümkün addımları atır.

Sevindirici haldır ki, Mobil Məmmədov Özbəkistan dövlət rəhbərliyi tərəfindən diaspor təşkilatının rəhbəri kimi Özbəkistanda yaşayan millətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi xüsusi xidmətlərə görə Özbəkistan Respublikası dovlət mükafatı – “Dostluq” Ordeni ilə təltif olunub. Bu əslində tək Özbəkistan doaspor təşkilatının deyil, bütövlükdə diaspor siyasətimizin uğuru kimi dəyərləndirilməlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."