!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Digər kommunal sahələrdə də qiymət artacaq

!Reklam – Yazi

16071Natiq Cəfərli: “Bunun baş vermə ehtimalı çox yüksəkdir”

Yenidən Azərbaycan hökuməti bəzi kommunal tariflərin qiymətini qaldırmaq yolunu tutub. Belə ki, bu gündən başlayaraq su və kanalizasiya xidmətlərinin qiymətinin artması barədə qərar qüvvəyə minir. Tarif Şurasının müəyyənləşdirdiyi yeni qiymətlərə əsasən, bundan sonra Bakı və Sumqayıt əhalisi bir kub metr suya 35, onun kanalizasiya ilə axıdılmasına 15 qəpik (cəmi 50 qəpik) pul ödəməli olacaq.

Bu fonda belə fikirlər səslənir ki, cari il ərzində digər kommunal xərclərin, məsələn, işıq, qazın da qiymətlərində bahalaşmanın olacağı qaçılmazdır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, proses “Azərsu”dan “nümunə” götürərək, digər kommunal xidmət sahələrinin də öz borclarını qiymətləri yüksəltməklə əhalinin hesabına aradan qaldırmaq yolunu tutacağını deməyə əsas verir: “Əslində indiki halda suyun qiymətinin qaldırılmasının iqtisadi əsası olmayıb. Suyun istehsalında heç bir ciddi dəyişiklik, maya dəyərində artım baş verməyib. Çünki elektrik enerjisinin qiyməti artsaydı, ondan sonra suyun qiymətinin də bahalaşması məntiqli olardı. Bu da suyun istehsalı və paylanmasında elektrik enerjisinin mühüm paya sahib olması ilə bağlıdır. Bu məntiqlə götürsək,
cari il ərzində digər kommunal sahələrdə də qiymət artımlarının baş verəcəyi ehtimalı çox yüksəkdir. “Azərsu”da baş verən qiymət artımının yeganə səbəbi şirkətin kifayət qədər ciddi xarici və daxili borcunun olması ilə bağlıdır. Bu da qeyri-şəffaf və qeyri-səmərəli idarəetmənin nəticəsidir. Belədə görürük ki, qiymətləri qaldırmaqla “Azərsu”nun həmin borclarının ödənilməsi yükü insanların çiyninə düşdü. Bu məntiqlə başqa kommunal ödənişlərdə də müəyyən artımların olması ehtimalı böyükdür. “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Azərqaz” və digər qurumların da dövlət büdcəsi və digər icraçı şirkətlər qarşısında, yəni bir-birilərinə qarşılıqlı borcları var. “Azərsu”da olduğu kimi, digər kommunal sahələr üzrə də mövcud borcların qiymətlərin qaldırılması hesabına ödənilməsi məsələsi qalxsa, buna təəccüblənmərəm”.

ELÇİN

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv