!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Digər türkdilli ölkələr Türkiyəni niyə müdafiə etmir? – Şərh

!Reklam – Yazi

1448527016_moskvaRusiyadakı türkdilli xalqların Moskvanın, son günlər təyyarə olayından sonra, Türkiyəyə qarşı yersiz hərəkətlərinə heç bir etiraz reaksiyası verməməsi Kremldə hakimiyyətdə avtoritar rejimin oturması və ölkənin türkdilli respublikalarına rəhbərlik edənlərin kosmopolit olmaları ilə bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirdi: “Bu avtoritar rejim səsini çıxaranı ya həbs edir, ya da öldürtdürür. Nemtsov kimi bir müxalifətçini öldürərək sıradan çıxartdılar. Rusiyanın türkdilli respublikalarında kosmopolitiv dünyagörüşünə sahib insanları hakimiyyət başına gətirdiblər ki, onlar da özlərinin türk olduğunu belə dilə gətirməyə qorxurlar. Onlardan bəziləri hətta bunu dərk edəcək milli özünüdərk şüuruna da sahib deyillər. Düzdür, hakimiyyətdə olan rəsmilərdən başqa, tatar, kalmık, çeçen xalqı bu nöqteyi-nəzərdən istisna təşkil edirlər. Çeçenlər Kadırov səviyyəsində bir başqa mövqe nümayiş etdirdi, əsl çeçenlər isə Türkiyənin yanında olduqlarını, ona yaxından köməklik göstərəcəklərini bəyan etdilər. Tatarıstanın mövqeyi sırf Türkiyəni müdafiə etmək səviyyəsində deyil, daha diplomatik bir formada təzahür edir. Bir sözlə, Kreml dünyada elə bir vahimə yarada bilib ki, onun qorxusundan adamlar, o cümlədən Rusiyadakı türkdilli respublikalar həqiqəti deməkdən çəkinirlər. Amma düşünürəm ki, bu qorxu yerində deyil, Rusiyanın addımları pislənilməlidir, ən azından türkdilli xalqlar arasında həmrəylik əlaqələri gücləndirilməlidir”.

ELÇİN

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv