!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-dən abituriyentlərə son xəbərdarlıq  

!Reklam – Yazi

Azərbaycan ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.

Dövlət İmtahan Mərkəsindən Yenicag.az-a verilən məlumata görə, abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Yenicag.az

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv