!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yayıb

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv