DİN əməliyyat keçirdi – Qanunsuz mərc oyunları təşkil edənlər tutuldu (Fotolar)

Müəllif: Redaktor

Editor

fdythBakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq razılıq olmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehti Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar.

Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır