yenicag.az

DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb

DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb

Müəllif: Redaktor

Editor

Sənədləri olan “COBALT” markalı tüfəng götürülüb

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü – Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

 

Yenicag.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti