www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2017-ci il üçün dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.

Tender 2 lot üzrə keçirilir:

Lot-1. Dərman preparatları və tibbi ləvazimatlar.
Lot-2. Tibbi reaktivlər, vaksinlər, dezinfeksiyaedici maddələr və tibbi ləvazimatlar.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifinə üstünlük veriləcəkdir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunacaq.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satınalınması üzrə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər lot – 1 üçün 200 manat, lot – 2 üçün isə 150 manat məbləğdə iştirak haqqını 20 fevral 2017-ci ilədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:

B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWİFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h: № AZ44CTRE00000000000002458570
VÖEN: 1500426471
D3. Büdcə təsnifatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
– iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
– tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
– iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
– dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin uyğunluq sertifikatlarını (surət notariusda təsdiq edilməlidir);
– analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tender iştirakçılarından tələb olunan sənədlər 22 fevral 2017-ci il saat ­12.00-a qədər bir nüsxədə, tender təklifi isə 2 mart 2017-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır.
Tender zərflərinin açılışı proseduru 3 mart 2017-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 nömrəli ünvanda) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Telefon: 569-95-10, əlaqələndirici şəxs- E.Əliyev.
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."