Dindarlar da cərimələnəcək

Müəllif: Redaktor

Editor

islamiaas5Dini qurumların yaradılması və fəaliyyəti ilə bağlı qaydanın pozulmasına görə cərimələr müəyyən edilib.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsində bildirilib.

Qeyd edilib ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər isə 7 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun layihəsi Mİlli Məclisin plenar iclasına tövsiyə olunub.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir