!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dindarlara saxta təqvim xəbərdarlığı

!Reklam – Yazi

fdb4a0a8e1ff0ba77fbc877ce60d1dce“Heç kim Ramazan ayı ilə bağlı saxta təqvimi özbaşına yaymır”.

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, saxta təqvimi yayan insanlar haradansa idarə olunurlar: “Onların bəziləri bunu başa düşərək edir, bəziləri başa düşməyərək edir. Amma fərqi yoxdur, hər ikisi siyasi və hüquqi baxımdan arzu olunmaz məsələdir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ramazan ayında monitorinqlər keçirəcəyini deyən Siyavuş Heydərov bildirib ki, əgər monitorinq zamanı təqvim ayrıseçkiliyi halları aşkarlanarsa, ciddi tədbirlər görüləcək:

“Barələrində görülən tədbirlər mövcud qanunvericilik bazasında olacaq. Əgər hansısa şəxslər bu təqvimi yayarsa, bizim mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Sizlərdən xahişimiz budur ki, əgər belə hallarla rastlaşarsınızsa, bizə məlumat verilərsə, o şəxslərin cəzalandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlərimizi görəcəyik”.

Komitə sədrinin müavini bildirib ki, həmin şəxslərlə də işləmək, bu məsələnin siyasi, hüquqi tərəfini onlara anlatmaq lazımdır: `Onlar belə hərəkət edərlərsə, bizim birliyimizə, vəhdətimizə böyük ziyan vura bilərlər. Bu vəhdət asan əmələ gəlməyib. Bu gün Azərbaycandakı bu vəhdət əlbəttə min bir əziyyət ilə, ölkəmizin yürütdüyü düzgün siyasət ilə əldə olunub. Dünyaya nümunə olacaq bir vəhdətimiz var.

Bu gün bizim dünyaya nümunə olacaq tolerantlıq, multikulturalizm modelimiz var. Artıq Azərbaycanın dünyada siyasi müstəvidə statusu dəyişir. Azərbaycan kiçik ölkə olsa da, ölkədə böyük məsələlər, qlobal təhlükəsizlik məsələləri müzakirə olunur”.

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv