yenicag.az

Dini cəzalar sərtləşdirildi – 9 min cərimə, 5 il həbs

Dini cəzalar sərtləşdirildi – 9 min cərimə, 5 il həbs

Müəllif: Redaktor

Editor

mmiclasibasladiAzərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs edilə biləcək.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə yeni 167-1.4 bəndinin əlavə edilməsi təklifi edilib.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Məcəllənin 214-cü (terrorçuluq) maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində silahlı birləşmələr və ya qruplar yaratma , həmin birləşmə və ya qruplarda iştiraketməyə görə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Bundan başqa, məcəllənin 283-cü maddəsində də dəyişiklik edilib.

Dəyişiklik layihələri səsverməyə çıxarılacaq.

Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti