!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dini əqidəsinə görə qızının ölümünə göz yumdu

!Reklam – Yazi

96158-300x185Ata xilasedicilərin yolunu kəsib dənizdə boğulan qızına kömək etməyə imkan vermədi.

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda yad kişi toxunmasın deyə bir ata qızının ölməsinə imkan verib. Anspress-in məlumatına görə, kişi istirahət etmək üçün həyat yoldaşı və uşaqları ilə birlikdə çimərliyə gedib.
Onun 20 yaşlı qızı da çimmək üçün dənizə girib. Lakin qəfildən qız suda çabalamağa və qışqırmağa başlayıb. Bu zaman iki xilasedici qızı xilas etmək suya tərəf qaçıb. Lakin ata həmin yad adamlar gənc qızına toxunmasın deyə onların yolunu kəsib, qızı xilas etmələrinə mane olub.

Bir müddət sonra xilasedicilər nəhayət ki, qızı sudan çıxarıblar. Amma sahilə çıxarılan qız o vaxta qədər artıq ölmüş olub.

Dubay Polisi Xilaetmə şöbəsinin əməkdaşı podpolkovnik Əhməd Burqibah həmin ailənin Asiyadan immiqrant olduğunu deyib.

Əhməd Burqibahın sözlərinə görə, belə bir hadisənin baş verməsinə asiyalı immiqrantın dini düşüncələri səbəb olub. “Qızın atası öz inanclarına görə xilasedicilərə qızına toxunmağa imkan verməyib. O, “qızıma yad bir kişinin toxunmağındansa, onun ölməyi daha yaxşıdır” deyib. Qızın atası elə bilir ki, yad bir kişinin qızına toxunmağı onu təhqir etmək deməkdir”, – deyən podpolkovnik Əhməd Burqibah bu hadisənin iş həyatı boyu onu ən çox narahat edən hadisə olduğunu bildirib.

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv