www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (6)Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şöbəsi Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul şəhərində avqustun 12-də ”Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri -ənənəvi dinlərə qarşı mübarizə”mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, Hacıqabul RİH başçısının birinci müavini Cahib Aslanov, şəhərin axundu Hacı İntiqam Mirqani, icma sədrləri, şəhərin din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Hacıqabul rayonunda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildiriblər.
***
Avqustun 10-da İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 50 nəfərin iştirakı ilə Diyallı kəndində “Dini radikalizm və onun təhlükələri” adlı dəyirmi masa təşkil olunub. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov, habelə dini icma üzvləri, ətraf kəndlərin dini icma sədrləri və gənclər iştirak ediblər.
Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Namiq Cırıyev dövlət-din münasibətləri, radikalizmlə mübarizə sahəsində son dövrlər görülmüş işlər haqqında geniş məruzə ilə çıxış edib.
***
Avqustun 10-da İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 50 nəfərin iştirakı ilə “Dini radikalizm və onun təhlükələri” adlı dəyirmi masa təşkil edilib. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev dəvət olunmuş, milli-mənəvi dəyərlər, dini radikalizm, onun təhlükələri və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barəsində ətraflı söhbətlər, fikir mübadiləsi aparılıb. Tədbirdə QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildirib.

0 unnamed (4)(4) unnamed (6) unnamed (7)(2)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 213
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."