yenicag.az

“Dinin siyasi məqsədlər üçün istifadəsi yolverilməzdir” – Mübariz Qurbanlı

“Dinin siyasi məqsədlər üçün istifadəsi yolverilməzdir” – Mübariz Qurbanlı

Müəllif: Redaktor

Editor

imagesDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanlara, qruplara xəbərdarlıqla bağlı müraciət edib.

M.Qurbanlı Trend-ə bildirib ki, kimlərinsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərmələrinə imkan verilməyəcək: “Bəzi qruplar dini siyasiləşdirməyə, din adı altında öz siyasi məqsədlərini ortaya qoymağa çalışırlar. Biz bir daha dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanları, qrupları xəbərdar edirik. Onlara bildiririk ki, bu, doğru yol deyil və bu cür hərəkətlər onlar üçün xoşagəlməz nəticələr verəcək. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar var. Ona görə də bütün şəxslərimiz – istər dini ayinləri daimi icra edənlər, istər məscidə, istərsə də digər dini məbədlərə gedənlər – onların hamısı bu qanunlara əməl etməlidirlər. Kimlərsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərəcəksə, biz buna imkan verməyəcəyik. Cəmiyyət də buna imkan verməməli, media da bunun qarşısında dayanmalıdır”.
M.Qurbanlı deyib ki, əgər kimsə – istər fərd şəklində, istərsə də qrup şəklində siyasi məqsədlərini, siyasi iddialarını ortaya qoymaq istəyirsə, onlar “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq, siyasi partiya yaradaq siyasi fəaliyyət göstərməlidirlər.

Komitə sədri qeyd edib ki, din siyasi mübarizədə bir alətə çevrilə bilməz.

Dinin mənəviyyatla, mədəniyyətlə, insanların tarixi, onların adət-ənənələri ilə bağlı olduğunu vurğulayan M.Qurbanlı dinin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu deyib: “Azərbaycanda dövlət dindən ayrıdır və din insanların daxili aləmdir, azad seçimidir. Dindən siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı kəskin müqavimət göstəririk və göstərəcəyik. Azərbaycanın qanunları, Konstitusiyası, dövlətimizin milli maraqları, ənənələri var. Ölkəmiz hansısa teokratik dini dövlətlərin modelinin buraya daşınmasına imkan verməz. Azərbaycan dünyəvi dövlətdir. Dünyəviliyimizi qorumaq üçün bu cür halların qarşısı qanunların sərtliyi ilə alınacaq. Azərbaycanda din pərdəsi altında öz siyasi iddialarını, məqsədlərini təbliğ etmək istəyənlərin cəhdlərinin qarşısı alınacaq”.

Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti