Diqqət: Soyuqdəymə zamanı bunları içməyin!

Müəllif: Gulnare Eynullaqızı

Editor

Soyuqdəymə və qripp zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Əksinə isə iştaha olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur. Bu zəiflənmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə etməyə mane olur.
Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?

Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim mayenin itkisini bərpa etməlidir.

Digər tərəfdən maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir.

Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin “ön cəbhəsidir”. Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət edə bilmir və bu da sağalmanı ləngidir.

Nə içmək lazımdır?

Bu çox vacib məsələdir. Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkiləri (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Beləliklə, soyuqdəymə və qripp zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su. (sağlamolun.az)

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır