DİQQƏT: Bu bölgələrdə sürüşmə təhlükəsi var

Müəllif: Redaktor

Editor

surusme-tehukesi“Son günlər yağıntıların normadan artıq və intensiv olması ilə əlaqədar yeni lokal sürüşmə sahələri yaranıb. Noyabr ayının ilk dekadasında cənub bölgəsi və Şamaxı-İsmayıllı zonasında montorinq işləri aparılıb və daxil olan məlumatlar araşdırılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, son aylar atmosfer yağıntıları ifrat dərəcədə olduğundan mövcud sürümə sahələrində aktivləşmə müşahidə olunur.

S.Əmiraslanovun sözlərinə görə, cənub bölgəsində Lənkəran rayondan keçən Lənkəran çayının sağ və sol sahillərində, Şovu, Təngivan kəndlərdə lokal sürüşmə və çökmə prosesləri qeydə alınıb. Bu proseslər fərdi yaşayış evləri üçün müəyyən təhlükələr yaradıb.

“Lerik rayonunun Davradibi kəndində sürüşmə müşahidə edilib. Bununla bərabər yeni lokal sürüşmə və çökmə sahələri aşkarlanıb. Bunlar bilavasitə fərdi yaşayış evlərinin əhatə etdiyi sahələrdir. Nisbətən təhlükəli proses kimi qeyd etmək olar.

Cəlilabad rayonunda kəndlərə gedən və təzə istifadəyə verilmiş yollarda bu ay aktivlik müşahidə edilib. Cəlilabad-Soltankənd avtomobil yolu və yaxud Astara-Deqədi-Pəlikəş avtomobil yolundakı sürüşmə prosesində də aktivlik müşahidə olunur.

Masallı rayonunun Köhnə Zuvand kəndində mövcud sürüşmə sahəsində uzun illər stabillik hökm sürürdü. Lakin son aylar həmin sürüşmə sahəsinin aktivləşməsi kəndə giriş yolunun bağlanması ilə nəticələnib”.

S.Əmiraslanov Şamaxı-İsmayıllı zonasında noyabrın ilk günlərindən başlayaraq müəyyən aktivlik qeydə alındığını diqqətə çatdırıb.

“Şamaxı rayonun Mədrəsə kəndində 20 hektara yaxın ərazidə sürüşmə prosesi qeydə alınıb. Bu prosesin baş verdiyi sahə faydalı torpaq sahələrini əhatə edir, 2 fərdi yaşayış evi üçün təhlükəli vəziyyət yaranıb və kənd arası yolun sıradan çıxması ilə nəticələnib.

Cabanı kəndində də müəyyən sürüşmə prosesi baş verib. Kənd arası yolun bir hissəsi tamamilə sıradan çıxıb. Çuxuryurd kənd ərazisində eyniadlı gölün səviyyəsinin qalması ona bitişik avtomabil yolunda sürüşmə və çökmə prosessinin baş verməsinə zəmin yaradıb. İsmayıllı da ötən aylarda baş verən sürüşmə sahəsində aktivləşmələr müşahidə edilir”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır