Diqqət: Bu evləri alanda ehtiyatlı olun

Müəllif: Gulnare Eynullaqızı

Editor

Paytaxta ucuz qiymətə satılan evlərin elanları peyda olub. Qiyməti çox ucuz olan bu evlərin alqısı zamanı isə diqqətli olmaq lazımdır. İstər sənəd, istərsə də keyfiyyət baxımından. Ekspertlər bununla bağlı xəbərdarlıq ediblər.

Yeniçağ.az xəbər verir ki, XəzərXəbər 9.500 manata ev satılması elanının nə dərəcə düzgün olub-olmamasını araşdırıb. Ev sahibi ilə telefon əlaqəsi saxlayıb, həmin ünvana gediblər.

Satılan mənzil Hövsan qəsəbəsində yerləşir. Ev sahibi evi ucuz satmasına səbəb kimi təcili pula ehtiyacının olmasını göstərdi. Ev sahibinin sözlərinə görə, evin müəyyən sənədləri var və heç bir problemi yoxdur.

Ekspertlər isə bildirib ki, belə etibarnamə ilə alınan evlərin sonradan sənədləşməsi ciddi problem yarada bilər. Etibarnamə ilə evlərin satqısı mümkündür, sadəcə olaraq. diqqətli olmaq lazımdır.

Ekspert Ramil Osmanlının sözlərinə görə, adətən evlər 2 halda ucuz satılır: ya onların sənədlərində ciddi problem var, ya da sadəcə satış üçün tikilib.

Ekpsertlər insanları qiymətə aldanmağa yox, sənədli ev almağa səsləyir.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir