“”Divanlarında” , “kreslolarında” yığılıb, …”

Müəllif: Redaktor

Editor

siaphoto_507864“Oktyabrın 25-də keçirdikləri mitinq zamanı balaca bir stadiona insanları yığmağa gücləri çatmayan, sosial bazası demək olar ki, yoxa bəraber olan Müsavat və digər radikal müxalifət partiyalarının hazırki liderləri yaxşı olardı ki, siyasi arenadan getsinlər”.

Bunu politoloq Ramiz Aliyev Müsavat partiyasının ötən gün keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu partiya liderləri özləri-özlərində islahatlara diqqət etsələr yaxşı olar: “Onlar partiyalarının idarə heyətində, məclislərində, “divanlarında” , “kreslolarında” yığılıb bu məsələni həll etsinlər sonra çıxıb xalqa islahatlardan, demokratiyadan, seçkilərdən danışsınlar. Bu adamlar hələ də anlamırlar ki, hakimiyyətə gəlmək üçün ölkəmizdə fəaliyyət göstərən səfirlik və Beynəlxalq təşkilatların, hansısa lobbilərin dəstəyini deyil, xalqın, seçicinin dəstəyini qazanmaq lazımdır”(sia).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır