!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Doğru nəticələrlə-sağlamlığa doğru” adlı konfrans keçirildi – FOTOLAR

!Reklam – Yazi

1480937238_029 noyabr 2016-cı il tarixində JW Marriot Absheron Hotelində Referans Klinik Laboratoriya Mərkəzinin “Doğru nəticələrlə-sağlamlığa doğru” adlı konfransı keçirilib.

Mərasimi giriş sözü ilə açıq elan edən Referans Klinik Laboratoriya Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aytac Kərimli, Mərkəzin “Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil” şüarı altında fəaliyyəti, burada olan tam avtomatlaşdırılmış qapalı laborator sistem, iş prinsipləri, üstünlükləri, laboratoriyada olan avadanlıqlar və aparılan analizlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra çıxış edən Referans Klinik Laboratoriya Mərkəzinin baş konsultantı Altan Yalçıner öz çıxışında Referans Klinik Laboratoriya Mərkəzinin yaranma tarixi, məqsəd və missiyasından bəhs edib.

Tədbirin I hissəsində Referans Klinik Laboratoriya Mərkəzinin həkim-laborantı Təhminə Heydərlinin “Autoimmun xəstəliklərin ən son diaqnostik meyarları”, Referans Klinik Laboratoriya Mərkəzinin həkim-genetiki Belgin Eroğlunun “Genetik xəstəliklərin diaqnostikası”, Referans Klinik Laboratoriya Mərkəzinin həkim-laborantı Günel Qaflanovanın “Prenatal skrininq testləri, dərman və diabetik monitorinqlər” mövzularında məruzələri dinlənilib və həkimlər mərasim iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirin II hissəsini açıq elan edən Referans Klinik Laboratoriya Mərkəzinin həkim-laborantı Mətanət Məmmədova “Müasir mikrobioloji laboratoriyanın strukturu və aparılan ən son diaqnostik müayinələr” mövzusunda çıxış edib. O eyni zamanda, mərkəzin laboratoriyasının üstünlükləri və strukturu, çalışdığı istiqamətlər haqqında ətraflı məlumat verib.

Konfransa Türkiyədən dəvət olunmuş SEM BİO şirkətinin rəsmi nümayəndələri Gökçe Göksu və Ece Türkmen, Abbott şirkətinin rəsmi nümayəndəsi Barış Çetinkaya, GenoMed şirkətinin rəsmi nümayəndəsi Serkan Sezer təmsil etdikləri şirkətlər və Referans Klinik Laboratoriya Mərkəzində istifadə edilən, həmin şirkətlərin istehsalı olan laborator avadanlıqların üstünlükləri haqqında ətraflı məlumat veriblər.

Referans Klinik Laboratoriya Mərkəzinin fəaliyyətə başladığı gündən etibarən məqsəd və hədəfi əhaliyə yüksək keyfiyyətli laborator xidmət göstərməkdir. Ən son avadanlıqlarla təchiz olunmuş Referans Klinik Laboratoriya Mərkəzində müayinələr bütün mərhələlərdə beynəlxalq standartlara uyğun aparılır.

“Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil” şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya Mərkəzində “doğru nəticə” prinsipi qarşıya məqsəd kimi qoyulub. Bütün mərhələlərin standartlara uyğun şəkildə getməsi üçün laboratoriyada keyfiyyətə nəzarət sistemi var. Bu sistem laboratoriyada iş prosesini izləməyə imkan verir. Pasiyentə təqdim olunan nəticənin tam dəqiq və düzgün olması üçün laboratoriyada uzun bir mərhələ keçir. Bütün bu mərhələrdən sonra tam əmin bir şəkildə pasiyentə doğru nəticələr təqdim olunur.

“Doğru nəticələrlə-sağlamlığa doğru” adlı təqdimat mərasimi Referans Klinik Laboratoriya Mərkəzinin ilk rəsmi tədbiridir. Mərkəzin fəaliyyətə başladığı gündən, bu günə qədər keçdiyi inkişaf yolu konfransda qısa da olsa öz əyani əksini tapdı. Tədbirdə Azərbaycan və Türkiyədən dəvət olunmuş 300 nəfərdən artıq həkim heyəti iştirak edib.

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv