www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçek “Referendumun nəticələrini tanımırıq” kimi ifadələrinin Qərb mərkəzlərindən alındığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 18 maddəlik Konstitusiya dəyişikliyini nəzərdə tutan 16 aprel referendumunun nəticələri ətrafında mübahisə səngimir.

Məlumata görə, Yüksək Seçki Qurumunun (YSK) möhürsüz seçki bülletenlərini etibarlı sayması ilə bağlı yaranan mübahisələrdən sonra Xalqın Qurtuluş Partiyası (HKP) referendumun nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Daha sonra isə Cümhuriyyət Xalq (CHP) və Vətən partiyaları YSQ-ya etiraz ərizələri təqdim ediblər. CHP lideri Kamal Kılıçdaroğlu isə sosial şəbəkə hesabından “Tarixə “möhürsüz seçki” kimi düşən bu referendumu tanımırıq” bəyanatını yayıb.

Lakin Vətən partiyasının lideri Perinçek nəticələrlə bağlı etiraz prosedurlarına başladıqlarını desə də, “nəticələri tanımırıq” kimi ifadələrin Qərbdən qaynaqlandığını bildirib:

“Hər kəsə səslənirəm: “Əvət” və “Xeyr” deyənlərin hamısı bizim vətəndaşlarımızdır. 16 aprel prosesi artıq arxada qalıb. İndi irəli baxmaq lazımdır. Atlantik okeanının o tayında hazırlanan təxribatlarla üz-üzə gəldik. Buna diqqətlə yanaşmağımız lazımdır. 15 iyulda, PKK-ya qarşı mübarizədə, “Fərat qalxanı”nda birlikdə olduq və bu bütövlüyümüzü qoruyub saxlamalıyıq.

YSQ-nin möhürsüz bülletenləri etibarlı sayması qanunlara ziddir. O baxımdan, Vatan Partiyası olaraq, etirazımızı bildirdik. CHP də bizdən sonra bu addımı atdı. Lakin “Referendumun nəticələrini tanımırıq” məzmunlu bəyanatlar vermək çox yanlışdır. Bu qərarın düzəldilməsi üçün hüqiqi prosedurları ardıcıllıqla keçəcəyik. Ancaq qarşılıqlı düşmənçilik yaradan açıqlamalardan uzaq olmalıyıq.

Bir tərəf “tanımırıq”, digər tərəf isə “200 illik hesablaşma” deyir. Bütün millətimiz əl-ələ verib, bu problemləri aradan qaldıra bilər. Bizi bir-birimizə düşmən edən açıqlamalardan çəkinməliyik. Kimlərinsə PKK ilə yanaşı dayanmasını qəbul edə bilmərik. PKK-nın “Bu işi tanımırıq” deməsi Qərbdən yönləndirilən bir mövqedir. “Tanımırıq” dediyiniz zaman istifadə etdiyiniz vasitələr də qanun çərçivəsindən kənara çıxacaq. Təbii ki, YSQ-nın məlum qərarı qanunlara ziddir.

Qanunda açıq deyilir ki, zərflər və bülletenlər möhürlənməlidir. Bunu inkar edən bir qərar çıxarıla bilməz. Qərbdən gələn təhrikedici çağırışlarla əhalini küçələrə səsləyərlər, ancaq heç kəs küçəyə çıxmaz. PKK-nın çağırışlarına heç kəs getməz. Millətimiz 19 Mayda, 23 Apreldə yerinə düşən aksiyalarda iştirak üçün küçələrə çıxar. O günlərdə onsuz da birlikdə oluruq. ABŞ arzu edir ki, bu ölkə ikiyə bölünsün, “Əvət” və “Xeyr” tərəfdarları qütbləşsinlər. Bu seçki demokratiya uğrunda bir mübarizə idi, artıq keçdi, arxada qaldı. Baxın, müdaxilədən danışırlar. Kim? Hansı güclə Türkiyəyə müdaxilə edəcək? Türk millətinin, əsgərinin, polisinin gücünü çox yaxşı bilirlər, ancaq boş-boş təhdid püskürürlər. Təhdud edənlər, boyunlarının ölçüsünə görə cavablarını alarlar.

Birdən-birə yeni Konstitusiya ortaya çıxdı. Avropa İttifaqı Komissiyasının sədri Türkiyənin “barışdırıcı Konstitusiya”sının hazırlanmasının vacibliyini dedi. Bizim mediada da Ertuğrul Özköklər çıxaraq, “yeni Konstitusiya” dedilər. Təkrar Türksüz bir Konstitusiya gündəmə gətirildi. Kılıçdaroğlunun da çıxıb onu “barışdırıcı Konstitusiya” adlandırması məni təəccübləndirdi.

CHP-ni kəskin ifadələrlə tənqid edirik. Məsələlərin hüquq müstəvisində öz həllini tapmasının tərəfdarıyıq. Belə vəziyyətlərdə ağlı başında olmaq, atılan hər addımın hansı nəticələrə gətirəcəyini görmək lazımdır. CHP-nin “Tanımayacağıq” mövqeyi 10-15 gün sonra dəyişəcək. Atatürkün partiyası belə fitnələrə gedə bilməz. PKK “tanımırıq” deyirsə, ABŞ da eyni fikri təkrarlayırsa, Kamal Kılıçdaroğlu postundan getsin. Türkiyənin böyük dövlətçilik təcrübəsi və həll variantları var. Ərdoğan da o vəzifədən gedəcək, onun səlahiyyətlərini də başqa birisi icra edəcək. Onu da diqqətlə seçmək lazımdır. Əl-ələ verərək, Milli Səfərbərlik Hökuməti ilə problemləri həll etməliyik”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."