!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dollar 1 manat 70 qəpiyə kimi bahalaşacaq”

!Reklam – Yazi

manat68“1 dollar 1.60-1.70 manata kimi bahalaşa bilər”.

Bunu açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hələlik orta və yaxın müddətli dövrdə manatın məzənnəsində sadəcə ucuzlaşma baş verəcək: “Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi o deməkdir ki, növbəti dövrlərdə manatın məzənnəsinin müəyyənləşdirilməsi bazarlarda təlabat əsasında formalaşacaq. Düşünmürəm ki, bazarlarda manat həddən artıq çoxdur. Təbii ki, ilkin panika vəziyyətində mümkündür ki, müəyyən qədər, yəni kəskin rəqəmlərlə ifadə olunan devalvasiya müşahidə olunsun”.

Ekspert hesab edir ki, sonrakı dövrlərdə manatın məzənnəsində nisbətən möhkəmlənmə baş verəcək: “Çünki bazarlarda manatın həcmi kifayət qədər azdır. Böyük ehtimalla məzənnə sonradan 1.35-1.40 aralarda sabitləşəcək. Sonrakı uzun müddətli dövrlərdə isə neftin qiymətindən asılı olaraq, manatın məzənnəsində möhkəmlənmə və ucuzlaşma prosesi də baş verə bilər. Nəzərə alsaq ki, son hadisələr neftin qiyməti ilə bağlı heç də müsbət proqnozlar verməyə əsas vermir, o zaman deyə bilərik ki, yaxın və orta dövrlərdə manat ancaq ucuzlaşacaq. Dollar hətta 1.60-1.70 manata kimi qalxa bilər”.

Qeyd edək ki, bu gün Azərbaycanda ikinci devalvasiya olub. Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,5500 manat təşkil edir.(Aznews)

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv