!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar bahalaşıb – Bugünkü məzənnə

!Reklam – Yazi

DOLLAR-2-300x185Bu gün noyabrın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0512 manat olub.

Bu, dolların məzənnəsinin noyabr ayı üzrə ən yüksək göstəricisidir.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0022 manat və ya 0,2% azalaraq 1,1130 manata enib.

Qeyd edək ki, avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1,25% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv