!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

!Reklam – Yazi

Fevral ayının 15-də Azərbaycanda bəzi banklar dolların satışını limiti aşağı salıb.

Yenicag.Az-ın araşdırmasına görə, “VTB Bank Azərbaycan” dolların satışının limitini 5 mindən 1 min dollaradək salıb. Bundan başqa, “Expressbank” həmçinin ABŞ valyutasına limiti 5 min dollaradək endirib. Dünən isə bu limit 10 min dollar təşkil edirdi.

İran Milli Bankının Bakı isə dünən bir müştəridən yalnız 300 dollar satırdı, bu gün isə artıq 1500 dollar.
Fevralın 14 dollar satışını dayandıran “Bank Respublika” bu gün bir müştəriyə 1 min dollar satır.

Dollar qiymətləri
Bu gün dolları ən yüksək qiymətlə alan “NBC Bank” və “Bank BTB”dir – 1.7400 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu banklarda dolların alış qiyməti 1.6292 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır – 1.7500 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.8300 manatdır. Bu məbləğdə dolları “Yapı Kredi Bank” satır.

Avro qiymətləri
Bu gün Avropa valyutasını ən baha alan “Günyabank”dır. Bu bankda 1 avro 1.8570 manata alınır.
Avronu ən ucuz alan “AFB Bank”dır – 1.6820 manat.
Avronu ən ucuz satış qiyməti “Accessbank”dadır – 1,8659 manat.
Avronun ən baha satış qiyməti 1.9800 manatdır. Bu gün “Bank of Baku” Avropa valyutasını həmin məzənnə ilə satır.

Yenicag.Az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv