!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar iyunda bahalaşa bilər – FES qərar verəcək

!Reklam – Yazi

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini artıra biləcəyini açıqlayıb.

FES-in idarəedicilərindən əksəriyyəti iyun ayında keçiriləcək iclasda faiz dərəcələrini artırmağa hazır olduqlarını bildirib. 26-27 apreldə keçirilən iclasın protokoluna əsasən, bu, statistik məlumatlarda ABŞ-da makroiqtisadi vəziyyətin yaxşılaşması əks olunacağı təqdirdə həyata keçiriləcək.

“Federal Açıq Bazar Komitəsinin (FOMC) əksər üzvləri hesab edirlər ki, əgər məlumatlar ikinci rübdə iqtisadi artımın sürətlənməsini, əmək bazarında vəziyyətin yaxşılaşması və inflyasiyanın 2%-lik həddi aşdığını göstərsə, federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılması məntiqli olacaq”, – deyə protokolda qeyd olunub.

Bununla yanaşı, protokolda göstərilir ki, Federal Ehtiyat Sisteminin rəhbərliyinin bəzi üzvləri iqtisadiyyatda ümumi tendensiya barədə nəticə çıxarmaq üçün iyuna qədər toplanan məlumatların az olacağını düşünürlər.

 

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv