Yazı İçi 468×60

802C2576-C416-4B8A-994E-DC34F18088AC_w268_r1Qazaxıstanın keçmiş paytaxtı Almaatıda dollarla götürülmüş kredit faizlərinə qarşı yenidən etiraz aksiyası keçirilib.

Qeyd edək ki, milli valyuta tengenin dollara nisbətdə kəskin düşməsi bu cür kredit faizlərinin ödənilməsində problem yaradıb.

Fevralın 2-də “Kaspi Bank”ın qarşısına toplaşan aksiyaçılar bankın rəhbəri Mikhail Lomtadze ilə görüş tələb ediblər.

Etirazçılar dollarla götürülmüş kreditlərin 2015-ci ilin yanvarında olduğu kimi 183 tenge nisbətində ödənilməsini tələb edirlər.

Qeyd edək ki, hazırda Qazaxıstanda 1 ABŞ dolları 360 tengedir.

Bank rəhbərliyi ilə görüşə bilməyən etirazçılar bundan sonra Mərkəzi Bankın qarşısına yollanıblar.
Ötən ildən bu yana dünya bazarında neftin kəskin düşməsi, əsasən neftdən asılı olan Qazaxıstan iqtisadiyyatına ciddi ziyan vurur.

Son aylar paytaxt Astana da daxil olmaqla ölkənin bir sıra şəhərlərində iqtisadi tələblərlə etiraz aksiyaları keçirilir. (Azadlıq radiosu)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."