yenicag.az
yenicag.az

Dollar satanlar tutuldu – 11 nəfər

Dollar satanlar tutuldu – 11 nəfər

Müəllif: Redaktor

Editor

Business-Man-with-Money-624x446Bakıda qanunsuz olaraq valyuta dəyişmə fəlaiyyəti ilə məşğul olduqları üçün 11 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.(Qafqazinfo)

 

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti