Dollar sürətlə ucuzlaşır

Müəllif: Redaktor

Editor

15994dollar (1)Moskva birjasında ticarət əməliyyatlarının ilk dəqiqələrində bir dolların məzənnəsi 76,90 rubla düşüb.

Bir avro isə 83,10 rubla çatıb.

Yanvarın 25-nə olan məzənnələrə əsasən dollar və avro müvafiq olaraq 80,57 və 87,23 rubl olub.

Qeyd edək ki, rubl neft qiymətlərinin artması fonunda xarici valyutaya nisbətdə möhkəmlənir. Brent markalı neftin bir bareli 32,28 dollar olub.

Xatırladaq ki, bir qədər əvvəl 2015-ci ildə ilk dəfə bir barelə görə neftin qiymətinin 25 dollara düşəcəyini bildirən nefttreyderi, “Andurand Capital” fondunun rəhbəri Pyer Andyuran yaxın iki ildə qiymətlərin 70 dollara qədər artacağını proqnozlaşdırılıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır