yenicag.az
yenicag.az

Dollar zəifləyir, neft bahalaşır

Dollar zəifləyir, neft bahalaşır

Müəllif: Redaktor

Editor

54d0a1ac1a77b1422959020499ABŞ-ın neft ehtiyatlarının hissolunan dərəcədə azalması və dolların nisbətən zəifləməsi “qara qızıl”ın bahalaşmasına səbəb olub.

Yeniçağ.Az investing.com-a istinadən xəbər verir ki, ABŞ-ın neft ehtiyatlarının son həftə ərzində azalması, eyni zamanda dolların ucuzlaşması bu gün dünya birjalarında neftin satış qiymətinin yüksəlməsinə təsir göstərib. Enerji İnformasiya İdarəsinin (EİA) məlumatına görə, son həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,39 milyon barrel azalaraq ümumilikdə 485,8 milyon barrel səviyyəsinə düşüb. Bununla belə, ABŞ-ın Oklahoma ştatındakı Kuşinq Paylama Mərkəzinin ehtiyatları 3,8 milyon barrel artıb.

Dünya bazarında müşahidə olunan bu tendensiya nəticəsində “Brent” markalı neftin 1 barrelinin qiyməti 0,06 % artaraq 53,02 dollara yüksəlib. WTI markalı neftin qiyməti də 0,18 % artaraq 49,86 dollara çatıb.

Qeyd olunur ki, OPEK ölkələrinin dekabrın 10-da Vyanada keçiriləcək növbəti toplantısında gündəlik neft hasilatının azaldılmasına dair yekun qərar verəcəkləri gözlənilir.

Yeniçağ.Az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti