yenicag.az
yenicag.az

Dollara qarşı regional alyans formalaşır

Dollara qarşı regional alyans formalaşır

Müəllif: Redaktor

Editor


15591773_840397566103548_1323599722_nBu gün Türkiyədə Dünya Halal Zirvəsi işinə başlayır.

İslam İttifaqı Təşkilatının üzvləri də daxil olmaqla, 60 ölkənin yüksək səviyyəli dövlət rəsmilərinin qatılacağı tədbirdə dollara qarşı birlik mesajının verilməsi gözlənilir.

Yeniçağ.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, Dünya Halal Zirvəsi Konqresinin sədri Yunus Ete Türkiyə prezidenti Ərdoğanın qarşılıqlı ticarətdə dollardan imtinaya dair çağırışının zirvə dövlətləri tərəfindən dəstəkləndiyini, bu gün başlanan toplantıda ölkələr arasında ticarətin ya öz valyutaları, ya da qızıl əsasında aparılması məsələsinin müzakirə olunacağını açıqlayıb. Etenin sözlərinə görə, dünya halal bazarının həcmi 3 trilyon dollar təşkil edir və bu bazarda dollardan imtina bütün dünyada ABŞ valyutasının hökmranlığına qarşı böyük bir gücün formalaşması demək olacaq.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, baş nazir Binəli Yıldırımın iştirak edəcəyi zirvədə qardaş ölkə və 26 dövlətin yüksək səviyyəli şəxsləri bir araya gələcək. Tədbirin dekabrın 17-dək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, islam ölkələri ən azı qarşılıqlı ticarətdə dollardan imtina qərarı verərsə, bu, bütün Yaxın və Orta Şərq regionunda ABŞ valyutasının əsas mübadilə vasitəsi mövqeyini itirməsi demək olacaq. Düzdür, xüsusilə neft-qaz hasilatçısı olan ölkələrin bütün ticari əlaqələrini dollarsızlaşdırması indiki halda mümkün deyil: təbii sərvətlərin alqı-satqısı dollarla həyata keçirilir. Onların alıcısı olan Avropa ölkələrinin ABŞ valyutasından imtina kampaniyasına qoşulması isə gözlənilən deyil. Bundan əlavə, neft satan ərəb ölkələrinin əksəriyyyəti valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini dollarda saxlayırlar. Bu şəraitdə ən azı indiki mərhələdə dollardan tam imtina, əlbəttə, mümkün görünmür. Lakin prosesin başladılması, eyni zamanda Çin və Rusiya kimi nəhəng iqtisadiyyatlı ölkələrin də dolların ağalığından qurtulmaq istiqamətində ciddi addımlar atması uğurlu nəticələrin əldə olunması üçün münbit zəmin yaratmış olar. İranın da aktiv şəkildə dollardan imtinaya qoşulması böyük bir regional alyansın formalaşmasına gətirib çıxarar.

Qarşılıqlı ticarətdə dollardan imtina isə böyük bir prosesin başlanğıcıdır. Başlanğıc uğurlu olacaqsa, prosesin inkişaf edərək digər istiqamətləri də əhatəsinə alması qaçılmazdır.

Yeniçağ.Az

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti