Dolların bu günə olan məzənnəsi

Dolların bu günə olan məzənnəsi

Müəllif: Redaktor

Editor

DOLLARBu gün noyabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 25-i ilə müqayisədə 0,0002 manat və ya 0,2% artaraq 1,0511 manat olub.

Qeyd edək ki, dolların məzənnəsi bu həddə ay ərzində artıq bir dəfə çatmışdı. Belə ki, noyabr ayının 23-də 1,0511 manat səviyyəsinə qalxan dollar bu gün aylıq maksimumu təkrarlayıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,3% azalaraq 1,1164 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0161 manat səviyyəsində qərarlaşıb.

İqtisadiyyat, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti