Dolların məzənnəsi 1,75 manata yaxınlaşır

Müəllif: resul

Editor

dollarAzərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Yenicag.az xəbər verir ki, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,26% artaraq 1,7475 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7430 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır