Yazı İçi 468×60

dollar_50906-dollar2Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,64% artaraq 1,6596 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6490 manata bərabər olub.

Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib. Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.

Bu gün AMB-də keçirilən və Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirak etdiyi ikitərəfli valyuta hərracı 1 dollar üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 məzənnəsi ilə yekunlaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."