Yazı İçi 468×60

merkezibankesas38Ölkədə qeyri-rəsmi olaraq, dollar satışına qadağa qoyulub. Bunu Yenicag.az-a adının açıqlanmasını istəməyən bank rəsmisi bildirib. Onun sözlərinə görə, əhalinin son günlərdəki “dollar-manat” narahatlığı bu addımı atmağı zəruri edib.

Onun sözlərinə görə, dolların kursu yaxın günlərdə qalxmasa da, buna heç kimi inandırmaq olmur. Bunun üçün də müvəqqəti olaraq, dollar satışına qadağa qoyulub. Lakin bu yasaq insanların narahatlığını daha da artırıb.

Maraqlıdır ki, təkcə banklarda deyil, bu zamana qədər həm də valyuta dəyişmə funksiyasını həyata keçirən poçtlarda da eyni vəziyyət hökm sürür. Poçtlarda bildirirlər ki, “dollar alınır, ancaq satılmır”.

Ekspertlər isə hesab edirlər ki, dolların satışına qadağa qoyulmasındansa, insanları sakitləşdirəcək qərarlar verilsəydi, daha doğru olardı. Mərkəzi Bank rəhbərliyinin ajiotaja rəvac verən passiv addımları isə insanları daha çox işbaz və “qara bazar”çıların tələsinə yönləndirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."