Donald Trampa sui-qəsd cəhdi oldu

Müəllif: Redaktor

Editor

147714_res_01ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edilib.

CNN-in verdiyi məlumata görə, Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman mühafizə xidməti əməkdaşının silahını götürməyə cəhd edib.

M. Sendford tutulub. O, silahı D. Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.

Araşdırmalar nəticəsində M. Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır