!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donbasda partlayış nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub - YENİLƏNİB

!Reklam – Yazi

Ukraynanın Donbas bölgəsində ATƏT-in monitorinq missiyasının avtomobilinin minaya düşməsi nəticəsində ölən ABŞ vətəndaşıdır.

Yeniçağ.az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bildirib

“Hadisə nəticəsində ölən ABŞ, yaralananlar isə Almaniya və Çexiya vətəndaşlarıdır. Yaralılar Luqansk şəhər xəstəxanasına çatdırılıb”, deyə A.Huq bildirib.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko insident nəticəsində Böyük Britaniya vətəndaşının öldüyünü bildirib.

Xatırladaq ki, ötən gün Donbasda ATƏT-in missiyasına məxsus avtomobil minaya düşüb.

***

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.

Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb.

Yeniçağ.az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv