Yazı İçi 468×60

1449561089_681220_41351yytAzərbaycanla qonşu Türkiyədə “donuz qripi” virusundan ölənlərin sayı 10-a çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlama verib.

Nazir deyib ki, H1N1 diaqnozundan ölənlərin əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkənlər, 65 yaşından yuxarı olanlardır. Ölənlərin arasında hamilə qadın da var.

Azərbaycanda isə xəstəxanalar “donuz qripi” ilə bağlı hazırlıq vəziyyətinə gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədova deyib ki, mövsümü qriplə bağlı xəstəxanalara müraciətlər artsa da, “donuz qripi”nə yoluxma qeydə alınmayıb: “Virusa yoluxmaqda şübhəli bilinən xəstələrdən götürülən qan nümunələri Respublika Taun Əleyhinə Stansiyada yoxlanılır. Bu günə qədər virusa yoluxma aşkarlanmayıb. Buna baxmayaraq, xəstəxanalar hazır vəziyyətdədir, həkimlərə təlimatlar verilib”.

Türkiyə və İran sərhəddində də nəzarət gücləndirilib. Qrip virusuna yoluxmaqda şübhəli bilinənlər dərhal müayinə olunurlar.

Qeyd edək ki, İranda bu virusdan ölənlərin sayı 40-a çatıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."