Dövlət başçıları İlham Əliyevi təbrik edib

Müəllif: Redaktor

Editor

ilham-aliyev-(1)Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

P. Poroşenkonun məktubunda deyilir:

“Zati-aliləri, doğum gününüz münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin. Sizin qətiyyətli liderliyiniz, müdrikliyiniz, zəngin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının bundan sonra da uğurla inkişaf etməsinin və vətəndaşlarının rifahının yüksəlməsinin rəhnidir. Ukrayna-Azərbaycan münasibətlərinin əsaslı inkişafında Sizin şəxsi rolunuz böyük əhəmiyyət daşıyır. Bizim ən yüksək səviyyədə dialoqun yenidən başlanmasına birgə fəal səylərimiz ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas olacaq.

Ukraynanın etibarlı strateji tərəfdaşı olan Azərbaycanın dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyinə görə xüsusi təşəkkür etmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə əlaqədar Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiq etmək istərdim. Əminəm ki, dost Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə ikitərəfli münasibətlərimizin müsbət dinamikası yüksələn xətt üzrə inkişaf edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz güc və enerji, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

İ. Əliyev doğum günü münasibəti ilə həmçinin Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, İordaniya kralı II Abdulla, Moldova prezidenti Nikolaye Timofti, Monteneqro prezidenti Filip Vuyanoviç, Bütün Rusiyanın patriarxı Kirill, Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov, RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin kollektivi Dmitri Savelyev, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan da təbrik ediblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir