!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət başçılarının heç yerdə gömədiyiniz Fotoları +Video

!Reklam – Yazi

236410Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün bazarda satıcılıq edib.

Baş nazir səhər namazını qılmaq üçün əvvəlcə Eyyub Sultan Camisinə gedib. Namazını qılandan sonra məsciddən çıxan Davudoğlu əvvəlcə vətəndaşlara simit paylayıb.

Əhməd Davudoğlunun simit paylaması

O, ardınca uşaqlığının keçdiyi Fatih Cibali məhəlləsini də ziyarət edib və dörd il oxuduğu Fatih Hacı Süleyman ibtidai məktəbində şagirdlərlə söhbət edib.

Çıxışda onu görməyə gələn vətəndaşlara əl yelləyən baş nazir, “məktəbimə sahib çıxın”, – deyərək Cibali Məhəlləsi sakinlərindən xahiş edib.

Ardınca o, mətbuat xidməti ilə birgə məhlədə gəzib, uşaqlığını yadına salıb. Daha sonra isə, İstanbul küçələrini gəzən nazir Fatih Qadınlar bazarını ziyarət edib. Ən maraqlı anlar elə orada yaşanıb. Çünki Əhməd Davudoğlu əvvəlcə ticarətçilərlə söhbət edib, daha sonra isə önlük geyərək piştaxta arxasına keçib və alıcılara meyvə-tərəvəz satıb.

Əhməd Davudoğlunun meyvə-tərəvəz satması

Əslində, qeyri-rəsmi formada insanların qarşısına çıxan tək Əhməd Davudoğlu deyil. Bundan əvvəl də bir çox dövlət başçıları və baş nazirlərinin qeyri-rəsmi görüntüləri insanların marağına səbəb olub.

Bu ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər və kanat yolunu sınaqdan keçiriblər.

Mehriban Əliyevanın xizək sürməsi

İlham Əliyevin xizək sürməsi

Cari ilin avqust ayında Belarus prezidenti Aleksandr Lukaşenko iqamətgahı “Drozdı”da vaxtını məhsul yığımına sərf edib.

Saat yarım ərzində 18 hektar sahədən Prezident və oğlu 7 kisə kartof yığıblar. Yığılan məhsulun uşaq və qocalar evlərinə veriləcəyi deyilib. Videodan da göründüyü kimi, prezident iqamətgahında, həmçinin, qarpız və yemiş də yığır. Sahədən yığılan ilk qarpızın dadına da elə oradaca özü baxıb.

https://youtu.be/lgLnyg7vTKI

Belarusiya prezidentinin kartof yığması

Avqust ayında Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev Soçidə hazırladıqları steyk ilə yadda qalıblar.

Rusiya liderləri əvvəlcə birlikdə idman ediblər və sonra bir yerdə səhər yeməyi yeyiblər. Onlar özləri hazırladıqları steykin dadına baxıblar. Hətta, bildiriblər ki, ət Rusiya istehsalıdır. Kremlin mətbuat xidməti rus liderlərin birgə istirahətindən fotoşəkillər dərc edib. Foto şəkillər sürətlə sosial şəbəkələrdə yayılıb.

Vladimir Putin fiziki gücünü göstərir

Vladimir Putin və Dmitri Medvedev Soçidə steyk hazırlayır(ans)

 

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv