Yazı İçi 468×60

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş “TGRT Haber”də yayımlanan “Nələr olur?” verilişində “Mübarək doğum həftəsi” ilə bağlı sualı da cavablandırıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazirin müavini Numan Kurtulmuş bu məsələnin müftilərlə müzakirə olunacağını deyib:

“”Mübarək doğum həftəsi” Hicri təqviminə görə qeyd olunacaq. Məsələni Diyanət işlərinin rəhbəri ilə müzakirə etdik, qarşıdakı günlərdə müftilərlə də bir iclas keçiriləcək və bir nəticəyə gələcəyik.
Mən də bununla bağlı müzakirələri yaxından izlədim. Səslənən fikirlər elmi baxımdan dəyərləndiriləcək. “Mübarək doğum həftəsi”nin Hicri təqvimi əsasında qeyd olunması daha doğrudur.

Diyanət təşkilatımız Həzrət Peyğəmbərimizi anlamaq üçün minlərlə vətəndaşımızın qatıldığı gözəl tədbirlər keçirtdi. Lakin nəticə etibarilə “Mübarək doğum həftəsi” məsələsi bir elmi toplantıda müzakirə olunacaq, Hicri təqviminə uğyunlaşdırılaraq, gələn ildən sabit vaxtda qeyd olunacaq. Yəni Orucluq və Qəndil ayları necə dəyişirsə, bu da həmin qaydada olmalıdır. Diyanət təşkilatımız bu məsələyə baxacaq və inşallah, sonda uyğunlu qərar veriləcək”.

Qeyd olunur ki, “Odatv” tərəfindən Türkiyənin gündəminə çıxarılan “Mübarək doğum həftəsi” ətrafında yaranan mübahisələr “Türkiye” qəzetinin “Mübarək doğum həftəsi bir FETÖ proyektidir” adlı yazısı ilə daha da intensivləşib. Məsələyə qarışan Diyanət İşləri Nazirliyi bu barədə kəskin bəyanat yaymışdı. “Türkiye” qəzeti isə Nazirliyin o bəyanatını “Vaxtını düzəlt, ədəbə riayət et” başlıqlı xəbər ilə yayınlamışdı.

Məsələnin bu qədər böyüməsindən sonra açıqlama verən Diyanət işləri nazirinin müavini Emin Özafşar isə “Mübarək doğum həftəsi və onun tarixi millətimiz tərəfindən qəbul edilib. Bunun vaxtına etiraz edilə bilər. Münasib təkliflər verilə bilər”, – deyə bildirib. Özafşarın bu sözləri “Diyanət geri çəkildi” kimi fikirlərin yaranmasına səbəb olub.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."