www.sinerjipro.net

SinerjiProWide
Reklam

74f2e474-2181-40ff-986d-eff44a6be13aƏmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakını icarəyə götürən şəxslər tərəfindən icarə haqqı borclarının ödənilməsində yenilik edib və ödəmə imkanlarını daha da genişləndirib. Belə ki, əvvəllər yalnız bank və internet üzərindən ödənilməsi mümkün olan icarə haqlarını artıq icarəçilər respublikanın istənilən nöqtəsində olan ödəmə məntəqəsində (“paypoint”) ödəyə biləcəklər. Bu yenilik Komitənin mövcud informasiya sisteminin Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalına inteqrasiyası nəticəsində tətbiq edilib.

Dövlət əmlakının icarəçisi istənilən ödəmə məntəqəsinə yaxınlaşmaqla icarə haqqı borcu barədə məlumatı əldə edə və müvafiq ödənişi həyata keçirə bilərlər. Bu bank və ya komputer-internet imkanlarının olmadığı yerlərdə xüsusilə əlverişlidir. Bununla yanaşı, icarəçi borcu ödəmək üçün banka müraciət etmək və ya plastik kart vasitəsilə internet üzərindən ödənişi həyata keçirmək imkanına da malikdir.
Beləliklə, hazırda dövlət əmlakının icarəsi üzrə aylıq ödənişlərin həm komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az), həm Hökumət Ödəniş Portalından (www.e-gov.az), həm də müxtəlif ödəmə məntəqələrindən ödənilməsi mümkündür. Komitənin elektron xidmətləri siyahısında icarə haqqı borcunun ödənilməsi xidməti seçilir, icarə müqaviləsinin kodu daxil edilir. Bundan sonra icarə borcu barədə bütün məlumatlar ekranda əks olunur və borcun ödənişi elektron qaydada həyata keçirilir.

Xatırladaq ki, komitə tərəfindən istifadəçilərə 31 elektron, 2 onlayn və 3 SMS xidmət təqdim olunur. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. SMS xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının öyrənilməsi, müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəsi üzrə borcun öyrənilməsi aiddir. İstənilən mobil operatordan 9193 nömrəsinə SMS göndərərək müvafiq məlumatı əldə etmək mümkündür. İndiyədək elektron və onlayn xidmətlər vasitəsilə 340 minə yaxın müraciətin daxil olması və xidmət istifadəçilərinin sayının əvvəlki dövrlərlə müqayisədə artması bu xidmətlərə olan marağın yüksəlməsini əyani göstərir.

Bu yeniliklərin tətbiqində başlıca məqsəd vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətləri göstərməkdir. Bu isə öz növbəsində məmur-vətəndaş ünsiyyətini minimuma endirir, əlavə vaxt itkisini aradan qaldırır və xidmətlərdən vətəndaş məmnunluğunun artmasına səbəb olur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."