www.sinerjipro.net

SinerjiProWide
Reklam

itkinesgerAzərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır.

Bu barədə APA-ya Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."