Dövlət Komissiyasının adı dəyişdirildi

Müəllif: Redaktor

Editor

Baki3gh1Nazirlər Kabineti “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin təsdiq edilməsi barədə” 2009-cu il 12 oktyabr tarixli qərarında dəyişiklik edib.

Məlumata görə, bu mexanizm Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini müəyyən edir.

Dəyişiklik “Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası”nın adının dəyişdirilərək “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” adlandırılmasını özündə ehtiva edir. Başqa sözlə, indiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdırıb və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasına təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdıracaq və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasına təqdim edəcək(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır