!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsi iki məşhur restoranı biabır etdi – Bakteriya, xəstəlik…  

!Reklam – Yazi

deniz-restaurantAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Yenicag.az-a verilən xəbərə görə, komitə Sumqayıt şəhəri, Sumqayıt Novxanı yolu, 3 km, dənizkənarı sahə ünvanında yerləşən, fiziki şəxs Aslanov İlqar Zahid oğluna məxsus “Dalğa” restoranında və fiziki şəxs Kılıç Mehriban Cahan qızına məxsus “Liman” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib.

“Dalğa” restoranında araşdırma zamanı məlum olub ki, müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmir. Belə ki, ət, toyuq, balıq, qiymə, soğan, qatıq, kartof və kök eyni soyuducu anbarda saxlanılır. Həmçinin müəssisədə hazırlanan lülə kababın qiyməsindən nümunə götürülərək laboratoriyaya təqdim edilib və nümunədən bağırsaq çöpləri qrupuna aid olan xeyli miqdarda bakteriya aşkar edilib.

“Liman” restoranında aparılmış yoxlama zamanı da nöqsanlar aşkar edilib. Belə ki, ictimai iaşə müəssisəsində istehsal olunan “Azərbaycan” çörəyinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı mövcud deyil. Habelə hər iki müəssisənin laboratoriyası yoxdur və hər hansi bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb.

Aşkar olunmuş nöqsanlara bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Qeyd edək ki, adı çəkilən hər iki restoran yeməkləri ilə məşhurdur.

www.yenicag.az

1191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv