Dövlət Komitəsi İşgüzar Forumlara start verib

Müəllif: Redaktor

Editor

b56f67a1-3823-4f44-a3ac-69671747d179Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı Bakı və regionlarda İşgüzar Forumlara start verib. Forumların məqsədi respublika üzrə bu Sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və bu sahədə maarifləndirməkdir.

İlk belə Forum 03 mayda Cəlilabad rayonunda keçirilib, 04 mayda isə Masallı rayonunda keçiriləcəkdir. Forumda Komitənin Aparatı və tabeli qurumları, Cəlilabad Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib. Forumu giriş sözü ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev açıb. Xidmət rəisi bildirib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin səmərəli tənzimlənməsi istiqamətində Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi Qaydaları da əksini tapıb. Eyni zamanda, Fərmana əsasən torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maairfləndiriləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu məqsədlə, belə Forumlar Cəlilabadda start götürməklə bütün respublika üzrə davam etdiriləcəkdir.
Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib. Qeyd olunub ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Diqqətə çatdırılıb ki, artıq ölkə üzrə elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcəkdir. 2019-cu ilin sonuna ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaqdır. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb.

Forumda Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda keyfiyyət göstəricilərinə görə də uçota alınacaqdır. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaqdır.

Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Forumda qeyd olunub ki, bu işlər nəticəsində torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək. Torpaqların sənəd göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmətlər sırasına daxil ediləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi üçün mötəbər məlumat bazası yaranacaqdır. Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi Sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaqdır.

Forumda məsələ ilə əlaqədar suallar cavablandırılıb, təqdimatlar olub və qarşılıqlı müzakirələr aparılıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır