Yazı İçi 468×60

6acb6a7d38ed6d64f9b679055019f3e2Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyəti yenidən təşkil olunacaq

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı 19 oktyabr 2015-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib.

Komitədən verilən məlumata görə, iclasda çıxış edən komitənin və kollegiyanın sədri Ramiz Həsənov bu ilin 9 ayı ərzində qazanılmış uğurlar haqqında məlumat verərək bildirib ki, dünyada gedən mənfi sosial-iqtisadi proseslər, bir çox ölkələrdə mövcud olan sosial-iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu ilin 9 ayı ərzində iqtisadiyyatın dayanıqlı inkişafı təmin olunub.

Bu ilin 9 ayında ÜDM 3,7% artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötüb, sənaye istehsalında 2,1%, qeyri-neft sənayesində 10,4%, kənd təsərrüfatında 6,7%, ümumilikdə qeyri-neft sektorunda 6,4% artıma nail olunub.

Sədr həmçinin bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və təşviqi, sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, korrupsiya və rüşvətxorluğa, iqtisadi inkişafa süni maneələrə qarşı mübarizənin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə R. Həsənov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılıb, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası fəaliyyəti təkmilləşdirilib. Sədrin sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir.

Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam etməkdədir.

Bununla yanaşı, öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyyələrin verilməsi ilə bağlı qərar qəbul olunub(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."