yenicag.az
yenicag.az

Dövlət universitetləri ödənişli olacaq?  

Dövlət universitetləri ödənişli olacaq?  

Müəllif: Baş Redaktor

Baş Redaktor

1444381910_358063_41293

 

Məhərrəm Zülfüqarlı: “Ödənişli təhsillə bağlı universitetlərə qoyulan limitlər ləğv olunacaq”

Moderator.az saytının məlumatına görə, gələn ildən etibarən ali məktəblərə ödənişli təhsilin ləğvi planlaşdırılır.

Amma Yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı isə ödənişli təhsilin deyil, universitetlərə ödənişli təhsil üzrə tələbə qəbuluna qoyulan limitin ləğv olunmasının planlaşdırıldığını diqqətə çatdırdı : “Burada texniki səhv vardır. Ödənişli təhsil ləğv olunmur. Dövlət ödənişli təhsillə bağlı universitetlərə plan qoymuşdu, ləğv olunması planlaşdırılan budur. Bu isə o deməkdir ki, ödənişli təhsillə bağlı universitetlərə qoyulan limitlər ləğv olunacaq. Bu da universitetlərin xeyrinədir. Tutaq ki, əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  universitetlərə ödənişli əsaslarla nə qədər tələbə qəbul edə biləcəyi haqqında hədd qoyurdu. İndi isə o plan aradan götürülür. Amma bu o demək deyil ki, hər universitet istədiyi sayda tələbə qəbul edəcək. Bu zaman universitetlərin imkanına, akreditasiyadan keçərkən oradakı professor-müəllim heyətinin səviyyəsinin nə dərəcədə imkan verməsinə baxılacaq. Amma bütün hallarda universitetlərə ödənişli təhsil üzrə tələbə qəbulu limitinin qoyulmasının ləğvi müsbət haldır. Bu da müəyyən iqtisadi problemlərlə əlaqədardır və atılacaq həmin addım universitetlərə bəzi iqtisadi problemlərini bu yolla həll etməyə şərait yaradacaq. Qoyulan limitin aradan götürülməsi müəyyən qədər daha çox tələbə qəbuluna imkan verəcək. Qoyulan qadağa fonunda  Azərbaycan ailəsinin büdcəsi bildiyiniz kimi Rusiya, Ukrayna, Gürcüstana axır. Limitin ləğvi həmin bu xoşagəlməyən tendensiyanı da aradan qaldıracaq. Daha çox abuturiyent Azərbaycan ali məktəblərinə qəbul olunacaq.  Bu fonda da düşünürəm ki, ödənişli təhsilin ləğvilə bağlı mətbuatda gedən fikirlər yanlışlığın nəticəsidir. Əksinə, ödənişli təhsil getdikcə artacaq. Dövlət əvvəlki kimi ali məktəbləri maliyyələşdirmək imkanına malik olmadığından getdikcə daha çox həcmdə ödənişli təhsilə üstünlük verəcək. Ona görə də plana əsaslanan limit aradan qaldırılması nəzərdə tutulur”.

ELÇİN

Özəl, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti